Xalq artisti komaya düşdü - FOTO

14:55 - 21 Oktyabr 2021

Xalq artisti komaya düşdü - FOTO

"Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb".

 

Manset.az xəbər verir ki, bunu "report"a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.



Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin