Azərbaycanda 2 tələbə faciəli şəkildə öldü - FOTO

12:05 - 10 May 2024

Azərbaycanda 2 tələbə faciəli şəkildə öldü - FOTO

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.



Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin