Faciəli şəkildə ölən gənc şəhidimizin yeganə qardaşı imiş - FOTO

22:40 - 7 May 2024

Faciəli şəkildə ölən gənc şəhidimizin yeganə qardaşı imiş - FOTO

Xəbər verdiyimiz kimi, "Electro-İndustries" QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləyən Elvin Tağıyevin aprelin 29-da Mingəçevir REŞ MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, əslən Kəlbəcər rayonundan olan və Mingəçevirdə yaşayan 1999-cu il təvəllüdlü Elvin Tağıyevin ötən il antiterror əməliyyatı (2023-cü il 19-20 sentyabr) zamanı şəhid olan Cahangir Tağızadənin yeganə qardaşı imiş.

Onun dayısının isə 44 günlük İkinci Qarabağ savaşında şəhid olduğu bildirilir.

Allah rəhmət eləsin!



Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin