Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
07:46 - 8 May 2024
"Bəylərə ağıllı qadın lazımdır. Gözələ baxmaq müvəqqətidir. Amma bəylər istəyir ki, yanında onu başa düşən, ağıllı qadın olsun. Hər bir qadın gözəldir. Qadın istəsə gözəl, cazibədar ola bilər. Elə bəy var ki, ağıllı qadını gözəl görür. Elə bəy də var ki, deyir, qadın gözəl olmalıdır. Bir qadın isə istəyər ki, yanında güvənli, onu dəyərləndirən, sevən kişi olsun. Qadınlar var ki, çox əziyyət çəkirlər. Kişilər qadını görməzdən gəlir, heç nə bölüşmür".
Manset.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva "Onunla açıq söhbət" layihəsində deyib. O, kişi-qadın münasibətlərindən danışıb.
Övladlarından bəhs edən R.Əliyeva aparıcının "Oğullarınız xarici vətəndaş xanımı bəyənsələr reaksiyanız nə olar" sualına belə cavab verib:
"Evimdə də, işimdə də Azərbaycan bayrağı dalğalanır. Uşaqlarım da bunu görürlər. Genetik faktorlar önəmlidir. Onların atası da, anası da vətənpərvərdir. Mümkün deyil ki, onlar vətəni sevməsinlər. 5 yaşlarında Azərbaycan himni oxuyublar. Onlar 44 günlük müharibəni mənimlə bərabər yaşadılar.
Vətənini sevən onsuz da sevəcək. Başqa millətdən qız alıb, xoşbəxt olacaqsa, burada nə var ki? Qoy, ingilis, alman, rus olsun. Azdır Azərbaycanda başqa millətin qızını alan? Tanıdıqlarım var ki, mükəmməl anadır. Əgər mən azərbaycanlı qız alıb onu bədbəxt edəcəyəmsə, etməyəcəyəm. Bir rus qızı gəlsin Azərbaycan mətbəxini, mədəniyyətini bilsin, sevsin. Əsas oğlum xoşbəxt olsun. O, xoşbəxt olandan sonra onu müsəlman edəcək".
R.Əliyeva əkizləri Həsən və Məhəmmədin görüntüsünü yayımlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin