Ana uşağına kimyəvi məhlul içirdərək öldürdü
15 Noyabr 2024
22:26 - 20 Oktyabr 2021
Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclası keçirilib.
Manşet.az xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
Sayca keçirilən 8-ci iclasda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 11 Yanvar 2021-ci il tarixli Bəyannaməsi çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirilib və bu istiqamətdə görülən işlərin gedişaatı müzakirə edilib.
Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin