Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
16:39 - 7 May 2024
Portuqaliya prezidenti Marselo Nuno Duarte Rebelo de Sousa bir restoranın yanından keçərkən müştərinin masasından kartof qızartması götürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 76 yaşlı De Sousanın bu jesti sosial mediada müzakirə mövzusuna çevrilib.
Bu səhnə portuqaliyalı siyasətçinin seçkilərdə qalib gəlməmişdən əvvəl haqqında çıxan bir məqaləyə istinadən bu hərəkəti etdiyi ortaya çıxıb.
Vaxtilə de Sousa haqqında yazılan məqalədə "Siyasətçi olanda restoranlara gəlib barda oturardı. İnsanların kartof qızartmasından yeyərdi" deyilmişdi.
Qeyd edək ki, 2021-ci ilin yanvarında 7 namizədin yarışdığı Portuqaliyada keçirilən prezident seçkilərində səslərin 60,7 faizini toplayan De Sousa ikinci tura keçməyə ehtiyac olmadan daha 5 il vəzifəsində qalıb. Bir müddət (1996-1999) ölkənin əsas müxalifəti olan Sosial Demokrat Partiyasının (PSD) prezidenti də olmuş De Sousa, 2016-cı ildə keçirilən seçkilərdə PSD-nin namizədi olaraq 52 faiz səslə prezident seçilib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin