Putin təsdiqlədi: Rusiyada doqquz gün qeyri-iş günü olacaq

22:02 - 20 Oktyabr 2021

Putin təsdiqlədi: Rusiyada doqquz gün qeyri-iş günü olacaq

Rusiya prezidenti Vladimir Putin, ölkədə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günlərinin tətbiqi təklifini dəstəkləyib.

Rusiya dövlətinin başçısı qeyd edib ki, lazım gələrsə, sərt məhdudiyyətlər noyabrın 7-dən sonra da uzadıla bilər.

V.Putin həmçinin əlavə edib ki, yoluxma faizi yüksək olan regionlar isə artıq 23 oktyabrdan etibarən qeyri-iş günləri rejiminə keçə bilər.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirin müavini Tatyana Qolikova, koronavirusla əlaqədar vəziyyətin pisləşməsi fonunda qeyri-iş günü rejiminin tətbiq edilməsi təklifi ilə Prezidentə müraciət etmişdi.
 


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin