"Dedim qızım 4-cü sinifdə oxuyur, biabır oldum"

01:02 - 7 May 2024

"Məndən soruşdular ki, Dilavər neçənci sinifdə oxuyur, cavab verdim ki, dördüncü sinifdə. Dedilər ki, dördüncü sinif deyil, beşinci sinifdə oxuyur. Biabır oldum".

 

Manset.az  teleqraf.com-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişində deyib.

"Düşündüm ki, sonra deyəcəklər uşağı ilə maraqlanmır. Mənim evdə ən böyük reabilitasiyam uşaqlarımla oynamaqdır. Dünən saat 8-dən 12-dək uşaqlarımla oynamışam. İnsana qəribə bir hiss gəlir. Həqiqətən də beyin rahatlayır. Heç vaxt heç yerə tələsmək lazım deyil", - qeyd edib.

Qeyd edək ki, Zaur Baxşəliyev ilə Günay Baxşəliyevanın iki övladı var.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin