Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
10:33 - 6 May 2024
Məşhur türk serialı "Kurtlar Vadisi"ndə 2005-ci ildə qonaq olan Hollivud ulduzu Şeron Stoun TRT World-də yayımlanan "Turkish Tea Talk with Alex Salmond" (Türk Çayı Söhbəti) verilişində müzakirəyə səbəb olacaq açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şeron Stoun "Çəkiliş meydançasında heç kim ingiliscə danışmırdı" deyib.
Stoun qonaq aktyor kimi rol aldığı "Kurtlar Vadisi" serialı haqqında "Bizə səxavətli bir qonorar verildi. Endi (Garcia) ilə çəkiliş meydançasına getdik. Bizdən başqa heç kim ingilis dilində danışmırdı. Türkcə suallarına ingiliscə cavab verirdik. Qarşılığı yenə türkcə olurdu. Nə etdiyimizi bilmirdik, heç bir şey anlamadıq” ifadələrindən istifadə edib.
Serialın ssenari müəllifi Bahadır Özdener isə ssenarinin ingiliscə olduğuna diqqət çəkərək, rejissordan başqa hamının ingiliscə bildiyini və Stounun niyə bu sözləri dediyini anlaya bilmədiyini bildirib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin