"Ailəmi Sevda dağıtmayıb"

23:01 - 5 May 2024

"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşündü ki, bu məndən ayrılandan sonra kənar yerə gedəcək. Ona görə dedi ki, qohumla evlənsin, amma uzağa getməsin, yanımda qalsın. Qohumu ilə evlənsə də o, xalama zəng vurub deyirdi ki, Rühəngizsiz qala bilmirəm".

 

Manset.az  axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Musəvi aparıcı Ülvira Qarayevanın "Həftənin qonağı" verilişində deyib. Sənətçi bildirib ki, birinci həyat yoldaşı ilə ayrılandan sonra qızına görə onunla yenidən barışıb:

"Birinci həyat yoldaşım məndən ayrılmaq istəmirdi. Uşağıma görə onunla barışdım. Onun özünə də dedim ki, qızıma görə səninlə barışıram. Amma gördüm ki, bizdə alınmır... O insan məni həddən artıq çox istəyirdi və sevirdi. İnsanlar itirəndən sonra insanın qədr-qiymətini bilirlər".

R.Musəvi həmkarı Sevda Əliqızının onun həyat yoldaşı ilə ailə qurması haqda bunları deyib:

"Bir yerdə verilişlərə çıxırdıq. Bizi görənlər təəccüblənirdi. Deyirdilər ki, "axı bu necə olur..." Çünki mən ikinci dəfə ailə qurmuşdum, Sevda da onunla ailə qurmuşdu. Verilişlərdə qonaq olarkən görüşürdük. Sevdanı mənim sənət dostum kimi qəbul edirdim. Sevda olmayaydı, başqası olardı, onsuz da birinci həyat yoldaşım hansısa bir qadınla ailə quracaqdı. O axı kişidir, tək qalmayacaq. 

Düz danışan insanam. O, yox, Sevda xanım onunla özü ayrıldı. Onların evliliyi 10 il çəkdi. Birinci ərim Sevda ilə ailə quranda qızım onların evinə gedib-gəlirdi. Amma "səninlə barışıb sənə dönmək istəyirəm" kimi şeylər demirdi. O şəxs Sevda ilə 10 il birgə yaşadı daha sonra başqa bir qadınla ailə qurdu. Yenə də kişidir də... Üçüncü arvadından övladı da var. Yenə də deyirəm, Sevda mənim ailəmi dağıtmayıb".


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin