"Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar" - Baş prokuror
15 Noyabr 2024
18:07 - 20 Oktyabr 2021
"Facebook" sosial şəbəkəsinin sahibi olan ABŞ-ın eyni adlı şirkəti Böyük Britaniyada 70 milyon dollara yaxın cərimə ödəməli olacaq.
Manşet.az xarici mətbuata istinadən xəbər verir ki, şirkəti Britaniyanın tənzimləyici orqanı cərimə edib.
Buna səbəb "Facebook"un "Giphy” xidmətini almasına dair məlumat verməkdən imtina etməsidir. Son nəticədə şirkət 50,5 milyon funt sterlinq və yaxud 69,5 milyon ABŞ dolları cərimələnib. Bununla belə, "Facebook” cəriməni ödəmək istəmir və buna qarşı addımlar atmaq niyyətindədir.
Xatırladaq ki, sosial şəbəkə "Giphy”ni əldə etmək barədə qərarını ötən ilin yazında açıqlayıb. Sövdələşmənin dəyəri 400 milyon dollardır. Patformanı "Instagram”a birləşdirmək nəzərdə tutulur. Bpyük Britaniyanın Rəqabət və Bazarlar üzrə İdarəsi isə həmin ilin iyun ayında bununla bağlı araşdırmaya başlayıb və bu ilin avqust ayında isə müəyyən edilib ki, "Giphy”nin alınması sosial şəbəkələr arasındakı rəqabətə xələl gətirə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin