Azərbaycan təmsilçiləri Paris-2024-ü neçə medalla başa vurdular?
8 Sentyabr 2024
21:43 - 1 May 2024
Gürcüstanlı boksçu Laşa Quruli verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Manset.az qafqazinfo.az-a istinadən xəbər verir ki, idmançı Avropa çempionatının finalında rusiyalı Tərxan İdiqovla döyüşə çıxmamaq üçün ona böyük pullar təklif edildiyini bildirib.
"Döyüşdən bir gün əvvəl bizə böyük pullar təklif edildi. Onlar mənim rinqə çıxmağımı istəmirdilər. Mənim etirazımı eşitdikdən sonra nəyin bahasına olursa-olsun qələbə qazanacaqlarını bildirdilər.
Görüşdə strategiyam məsafədən döyüşmək idi. İlk raundu rusiyalı açıq-aşkar uduzmuşdu. Hakimlərin xalı mənə verəcəklərindən başqa yolu yox idi. Bu səbəbdən də 4:1 onun öndə olduğunu görəndə şoka düşdüm".
Xatırladaq ki, Qurulu hakimlərin ədalətsizliyinə görə döyüşü yarımçıq dayandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin