Bu şəxslər 6 min manat CƏRİMƏLƏNƏCƏK
15 Noyabr 2024
11:45 - 20 Oktyabr 2021
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Rusiya sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazilərinə yalnız respublikamızdan keçərək gedə bilər.
Manset.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenlə görüşündə bildirib.
Ə.Nağıyev qeyd edib ki, regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQXK-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərləri Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə etməklə mümkündür.
Qeyd edək ki, Əli Nağıyev həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədridir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin