Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

12:04 - 26 Aprel 2024

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Müstəqilliyimiz yenidən bərpa edildikdən sonra ölkədə vətəndaş cəmiyyəti, demokratik və hüquqi dövlət quruculuğu ilə bağlı böyük işlər görülüb. Hüquqi dövlət quruculuğunun əsas hissəsi olan vətəndaş cəmiyyətinin formalaşması dövlətçiliyin möhkəmlənməsi üçün əvəzedilməz rola malikdir. Ölkəmizdə vətəndaş cəmiyyətinin daim inkişaf etməkdə olması vətəndaş həmrəyliyi, vətəndaş birliyi, dövlət və vətəndaş arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu sübut edir. 

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında politoloq Zaur İbrahimli bildirib ki, biz hüquqi dövlət dedikdə ilk növbədə insan hüquq və azadlarının qorunması, qanunun aliliyinin təmin edilməsini nəzərdə tuturuq. 

Zaur İbrahimli bunun ikitərəfli proses olduğunu qeyd edib. Bildirib ki, vətəndaşlar da öz hüquqları barədə məlumatlı olmalıdır. Çünki hüquqi dövlət quruculuğu ilk növbədə əhalinin geniş hüquqi biliklərə malik olmasını tələb edir:

“Hüquqi dövlətin ən mühüm xüsusiyyətlətindən biri vətəndaşların hüquq və azadlıqlarının qorunması və bunun üçün müvafiq, effektiv və səmərəli hüquq müdafiə mexanizmləri müəyyənləşdirilməsidir. Azərbaycan da bu baxımdan istisna deyil. Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu fəaliyyət göstərir. Müvəkkil insan hüquqlarının pozulması ilə bağlı müraciətlər qəbul edir və araşdırır. Bununla bağlı qanunvericilik geniş səlahiyyətlər verir. Eyni zamanda Ombudsman Azərbaycanda yeganə qurumdur ki, anonim müraciətləri də qəbil edir. Ombudsmana qanunvericiliklə verilmiş hüquq və səlahiyyətlər kifayət qədər genişdir. Hüquqi təminatlar o imkanları yaradır ki, Ombudsman insan hüquq və azadlıqlarının qorunmasını effektiv şəkildə həyata keçirtsin. Azərbaycan Respublikasının vətəndaşları vətəndaş müraciətləri haqqında qanun vericiliyə uyğun olaraq dövlət qurumlarına fərdi və kollektiv müraciət etmək hüququna malikdir. Qanunvericilik dövlət orqanlarının qarşısına bu müraciətləri qəbul etmək, şikayətləri araşdırmaq, vətəndaşı bununla bağlı məlumatlandırmaq, vətəndaşın pozulan hüquqlarını bərpa etmək öhdəliyi qoyub. Eyni zamanda, Azərbaycan Respublikası vətəndaşları öz təklifləri ilə dövlət qurumlarının daha səmərəli işləməsində də töhvə vermək hüququna malikdirlər. Beləki, vətəndaşların dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət həyata keçirmək hüququ var. Azərbaycan Respublikasının ictimai iştirakçılıq haqqında qanun qəbul olunub. Bu qanun fərdi olaraq vətəndaşlara, vətəndaş qruplarına və qeyri-hökumət təşkilatlarına ictimai dinləmələr, ictimai müzakirələr keçirmək hüququ verir. Vətəndaşlar və onların birlikləri ictimai nəzarət həyata keçirmək hüquqları var və onun müvafiq mexanizmləri nəzərdə tutulub”.

Zaur İbrahimlinin sözlərinə görə qeyri-hökumət təşkilatlarının dəstəklənməsi sahəsində Azərbaycan Respublikası effektiv bir siyasət həyata keçirir: 

“Məhkəmə hüquq islahatları barədə danışarkən ilk növbədə elektron məhkəmə sisteminin geniş təşəkkül tapmasını qeyd etmək olar. Bu sistem Azərbaycanda hal-hazırda uğurla tətbiq edilir. Bu, ədalət məhkəməsinin əlçatanlığını genişləndirir. Eyni zamanda, məhkəmə orqanlarının fəaliyyəti barədə əlçatan formada məlumat almaq imkanı verir və şəffaflığı artırır. Bu, olduqca efdektiv bir sistemdir. İndi aparılan işlər ehtimal etməyə əsas verir ki, yaxın gələcəkdə bütün məhkəmələr artıq elektron məhkəmə sistemi ilə əhatə olunacaq. Bununla da qeyri-hökumət təşkilatları çox mühüm bir funksiya yerinə yetirirlər. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərir. Hər il agentlik tərəfindən müsabiqələr yolu ilə qalib gəlmiş qeyri-hökumət təşkilatlarının irəli sürdüyü layihələrin və təşəbbüslərin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti ayrılır. Bu müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş qaydalar əsasənda həyata keçirilir. Bu qaydalar müsabiqələrin şəffaf, ədalətli və obyektiv keçirilməsinin təminatçısı kimi çıxış edir. Bu baxımdan qeyri-hökumət təşkilatları üçün qrand müsabiqələri əl çatandır. Eyni zamanda onların apellyasiyaya vermək hüququ da var. Bütün bunlar hamısı ona hesablanıb ki, qeyri-hökumət təşkilatları dövlət maliyyələşməsi vasitəsilə dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində fəal rola malik olsunlar, ictimai nəzarəti həyata keçirsinlər, əhalini hüquqi baxımdan marifləndirsinlər. Qeyri-hökumət təşkilatlarının əsas missiyası da məhz ictimai maraqların müdafiəsidir. Qeyri-hökumət təşkilatları da bu istiqamətdə çalışırlar. Eyni zamanda, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də əhalinin hüquqi maarifləndirilməsi, əhaliyə ödənişsiz hüquqi yardım göstərilməsi və insan hüquqlarının qorunması mexanizmləri var. Agentlik əhalini məlmatlandırma layihələrini hər zaman dəstəkləyir və qrand müsabiqələrinin mövzuları seçilən zaman bu mövzulara xeyli diqqət yetirilir”. 

Əfsanə Rəcəb

 

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin