Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada vəfat etdi

21:11 - 29 Aprel 2024

Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada vəfat etdi

Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada dünyasını dəyişib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, fevralın 29-da Ələt-Astara magistral yolunun 214-cü km-də, rayonun Xanbulan kəndi ərazisində baş verən hadisə zamanı rayonun Mamusta kənd sakini, 1998-ci il təvəllüdülü Azər Arzuman oğlu Babayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobil yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Süni nəfəs aparatına qoşulan Ü.Əzizli bu gün xəstəxanada vəfat edib.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin