Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
19:20 - 29 Aprel 2024
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdiyi iddiasını geri götürüb. O, səhhətinə görə həbs cəzasının ləğv edilməsini və xaricə müalicəyə göndərilməsini tələb edib.
Manset.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
Onun sözlərinə görə, keçmiş dövlət başçısının vəkili aprelin 18-də AİHM-ə göndərdiyi məktubda qeyd edir ki, siyasətçinin hazırda səhhətinin həyatı üçün təhlükə yoxdur. Nazir bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi Gürcüstan Ədliyyə Nazirliyindən mayın 10-dək bununla bağlı şərh verməsini xahiş edib. Nazirlik artıq keçmiş prezidentin səhhətinin onun həyatı üçün təhlükə yaratmadığını bildirən cavab göndərib.
Bundan əvvəl Avropa İnsan Haqları Məhkəməsi Saakaşvilinin Ukraynaya qarşı vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı iddiasını rədd etmişdi.
Gürcüstanın keçmiş prezidenti iki il Ukrayna vətəndaşı olub: 2015-ci ildən 2017-ci ilə qədər. 2018-ci ildə o, Ukraynadan çıxarılıb. Lakin sonradan Ukrayna prezidenti Volodimir Zelenski ona yenidən vətəndaşlıq verib.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin