Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
23:44 - 19 Oktyabr 2021
Braziliya Prezidenti Jair Bolsonaro çətin hökumət qərarları verməli olanda hamamda gizləndiyini və ağladığını bəyan edib.
Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, Bolsonaro bu açıqlamanı Brazilyanın paytaxtında kilsələrdən birində tərəfdarları qarşısında çıxışı zamanı etiraf edib: “Həyat yoldaşım evdə hamamda tək ağladığımı görməmişdi. O mənim qətiyyətli bir kişi olduğumu düşünür. İndiyə qədər haqlı olduğunu düşünürəm”.
Nəşrin yazdığına görə, Braziliya lideri bunu hökumətinin reytinq səviyyəsinin kəskin surətdə aşağı düşdüyü bir zamanda edib. Reytinqin bu qədər aşağı olmasının səbəbi inflyasiyanın sürətlə artması və yüksək işsizlik, həmçinin Braziliyada 603.282 adamın ölümünə səbəb olan COVID-19 pandemiyasıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin