“Çətin qərarlar verərkən hamamda ağlayıram”

23:44 - 19 Oktyabr 2021

“Çətin qərarlar verərkən hamamda ağlayıram”

Braziliya Prezidenti Jair Bolsonaro çətin hökumət qərarları verməli olanda hamamda gizləndiyini və ağladığını bəyan edib.
Manşet.az
ölkə.az-a istinadən xəbər verir ki, Bolsonaro  bu açıqlamanı Brazilyanın paytaxtında  kilsələrdən birində tərəfdarları qarşısında çıxışı zamanı etiraf edib: “Həyat yoldaşım evdə hamamda tək ağladığımı görməmişdi. O mənim qətiyyətli bir kişi olduğumu düşünür. İndiyə qədər haqlı olduğunu düşünürəm”.

Nəşrin yazdığına görə, Braziliya lideri bunu hökumətinin reytinq səviyyəsinin  kəskin surətdə aşağı düşdüyü bir zamanda edib. Reytinqin bu qədər aşağı olmasının səbəbi inflyasiyanın sürətlə artması və yüksək işsizlik, həmçinin Braziliyada 603.282 adamın ölümünə səbəb olan COVID-19 pandemiyasıdır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin