Latviya Belarusla sərhəddə fövqəladə rejim müddətini uzatdı

21:24 - 19 Oktyabr 2021

Latviya Belarusla sərhəddə fövqəladə rejim müddətini uzatdı

Latviya Belarusla sərhədində davam edən miqrasiya böhranı ilə əlaqədar olaraq, dörd sərhəd bölgəsində fövqəladə rejimin 10 fevral 2022-ci il tarixinə qədər uzadılmasına qərar verib.

Manşet.az xəbər verir ki, Latviya Dövlət Sərhəd Mühafizə Xidmətindən verilən məlumata görə, 18 oktyabr bazar ertəsi günü sərhədçilər Belarusdan sərhədi qanunsuz keçmək üçün edilən 15 cəhdin qarşısını alıblar.

Fövqəladə rejimin tətbiqindən bəri üçüncü ölkədən dövlətin ərazisinə girməyə çalışan 402 immiqrant sərhəddə saxlanılıb.

Daha əvvəl fövqəladə vəziyyət 11 avqustdan 10 noyabra qədər müəyyən edilmişdi.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin