Bu ölkədə koronavirusla əlaqədar kütləvi tətil elan olunur

20:00 - 19 Oktyabr 2021

Bu ölkədə koronavirusla əlaqədar kütləvi tətil elan olunur

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova koronavirus pandemiyası ilə əlaqədər oktyabrın 30-dan noyabrın 7-dək ölkədə tətil günləri elan edildiyini bildirib.

Manşet.az xəbər verir ki, o, işəgötürənlərə işçilərin peyvəndlənməsi üçün iki günlük istirahət vermələrini təklif edib.

Eyni zamanda noyabrdan sonra obyektlərin ancaq QR kodla açılması təklif olunub.

Bildirilib ki, bəzi bölgələrdə vətəndaşlar oktyabrın 23-dən tətilə göndərilə bilərlər.

T.Qolikova müvafiq təşəbbüslə Baş nazir Mixail Muşistinə müraciət edib və təklif dəstəklənib.

Sabah Prezident Vladimir Putinin məsələ ilə bağlı hökumətin iclasını keçirəcəyi gözlənilir.
 
Report


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin