Azərbaycanlı hakim Fatih Terimin komandasının oyununda

00:24 - 26 Aprel 2024

Azərbaycanlı hakim Fatih Terimin komandasının oyununda

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununu idarə edəcək.

 

Manset.az İdman.Biz-ə istinadən bildirir ki, FIFA dərəcəli referi 34-cü turun "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Çempionluq qrupunda baş tutacaq oyunda Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını yerli Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.

"Panatinaikos"a türkiyəli mütəxəssis Fatih Terim başçılıq edir. Onun komandası 71 xalla 2-ci, "Aris"49 xalla 5-ci pillədə qərarlaşıb. Aprelin 28-də keçiriləcək görüş saat 21:30-da start götürəcək.

Qeyd edək ki, Yunanıstan Futbol Federasiyasının qərarına əsasən yüksək yerlər uğrunda yarışan komandaların oyunlarını əcnəbi hakimlər idarə edirlər.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin