Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

22:45 - 24 Aprel 2024

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.

 

Manset.az  axar.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Marat Nurtleu deyib.

"Bu gün biz strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzaladıq. Münasibətlərimizdə yeni bir mərhələ açdıq. Şübhə yoxdur ki, bu mühüm saziş Astana və London arasında siyasi, ticarət və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verəcək", - o söyləyib.

Onun sözlərinə görə, ölkələr qarşılıqlı fəaliyyəti genişləndirmək və faydalı layihələr və təşəbbüsləri təşviq etmək üçün ümumi niyyətlərini təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Mərkəzi Asiya ölkələrinə səfərə başlayıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin