İraq Prezidenti COP29-a dəvət olundu

20:35 - 24 Aprel 2024

İraq Prezidenti COP29-a dəvət olundu

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

 

Manset.az  xəbər verir ki, bu barədə səfir "X" səhifəsində məlumat paylaşıb.

Məlumata görə, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin