Azərbaycan təmsilçiləri Paris-2024-ü neçə medalla başa vurdular?
8 Sentyabr 2024
23:05 - 22 Aprel 2024
Rusiya sülhməramlılarının karvanı Qarabağdan Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.
Manset.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə bildirib.
“Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”, – o qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin