“Bəşəriyyətin taleyi BMT TŞ-nin mərhəmətinə buraxıla bilməz” - Ərdoğan

12:00 - 19 Oktyabr 2021

“Bəşəriyyətin taleyi BMT TŞ-nin mərhəmətinə buraxıla bilməz” - Ərdoğan

BMT Təhlükəsizlik Şurası bəşəriyyətin taleyini həll etmək hüququna malik deyil.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqola Parlamentində çıxış edib.

Ərdoğan  bəyan edib ki, bəşəriyyətin taleyinin İkinci Dünya Müharibəsində qalib gələn bir neçə ölkənin mərhəmətinə buraxıla bilməz və edilməməlidir.

Türkiyə lideri  dünya dəyişərkən, diplomatiya, ticarət və beynəlxalq əlaqələrdə köklü dəyişikliklər edildiyi bir vaxtda qlobal təhlükəsizlik arxitekturasının eyni qaldığını ağlasığmaz vəziyyət adlandırıb. Ərdoğan həmçinin İkinci Dünya Müharibəsində qalib gələn ölkələrin qlobal təhlükəsizlik sistemində yaranmış status-kvonu qorumaq üçün inadkar cəhdlərin də yolverilməz olduğunu qeyd edib.

Ərdoğan Türklərin  tarixində müstəmləkəçilik izi olmayan bir millət olduğunu bəyan etməklə, yanaşı, dünyanın 5-dən böyük olduğunu söyləyərək qlobal sistemdəki haqsızlıqlara qarşı mübarizə apardığına da  diqqət çəkib.//ölkə.az


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin