"Qarabağ"la oyunumuz çox çətin keçəcək" - Vaqner Lav

22:13 - 18 Oktyabr 2021

"Bu həftə bizi vacib oyunlar gözləyir. Əvvəlcə səfərdə "Qarabağ"a qarşı avrokubok görüşü, ardınca isə "Astana" ilə çempionat və Qazaxıstan Kubokunun cavab matçı var. Bu qarşılaşmaların hər biri çox çətin keçəcək".

Manşet.az xəbər verir ki, bunu Qazaxıstan "Kayrat"ının futbolçusu Vaqner Lav Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə "vesti.kz" saytına müsahibəsində deyib.

Braziliyalı hücumçu mübarizə apardıqları H qrupunda keyfiyyətli komandaların yer aldığını bildirib: "Artıq Kipr "Omoniya"sı və İsveçrə "Bazel"i ilə oynamışıq. İndi isə bizi "Qarabağ"la səfər matçı gözləyir. Pley-offa çıxmaq asan olmayacaq. Amma bunun mümkünsüz olduğunu da deyə bilmərəm. Futbolda hər şey meydanda həll olunur. İnanıram ki, qrupdan çıxmaq şanslarımız var. Lakin yadda saxlamalıyıq ki, "Kayrat" tarixində ilk dəfə avrokubokların qrupun iştirak edir. Bəzən bu, oyunçuların psixoloji vəziyyətinə təsir edə, yüngül əsəbilik yarada bilər. Amma komandanın növbəti mərhələyə yüksəlməsi üçün mümkün olan hər şeyi etməyə çalışmalıyıq".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq. Hazırda Ağdam təmsilçisi 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan Almatı təmsilçisi isə 3-cü pillədə qərarlaşıb.
 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin