Tanınmış müğənnimizə qarşı 100 min dollarlıq dələduzuq

21:24 - 18 Oktyabr 2021

Tanınmış müğənnimizə qarşı 100 min dollarlıq dələduzuq

Müğənni Rüfət Axundova qarşı 100 min dollarlıq dələduzluq edilib.

Manşet.az xəbər verir ki, ifaçı bu barədə "Onun sirri” verilişində bildirib.

O, qeyd edib ki, hadisə bir neçə il öncə olub: "Biznes sahəsində eniş də, qalxış da olub. Birləşmiş Ərəb Əmirliklərində bir an oldu ki, avtomobil almaq və Azərbaycana gətirmək istədim. Ərəblə iş görürdük, dəfələrlə işlədik. Son maşınların pulunu göndərdim, deyilən, tarixdə gəlmədi. Axırıncı günə kimi əlaqə saxlayırdıq. Son gün zəng etdik ki, nə var, nə yox. Telefon bağlı oldu. Yenidən Dubaya yola düşdüm, ofisdə onu tapa bilmədim. Evində də qonaq olurduq. Məlum oldu ki, ev də kirayə imiş. 10-dan çox maşın idi, amma gəlmədi. Həmin gündən adamı tapa bilmirəm".


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin