“İlqar Xəyal qorxudan səhnəyə çıxa bilmədi”- Aygün Kazımova

19:32 - 18 Oktyabr 2021

“İlqar Xəyal qorxudan səhnəyə çıxa bilmədi”- Aygün Kazımova

Xalq artisti Aygün Kazımova müğənni İlqar Xəyalla bağlı maraqlı açıqlama verib.

Manşet.az xəbər verir ki, Xəzər TV-nin “Səhər mərkəzi” proqramında danışan A.Kazımova Latviyada keçirilən “Yurmala-89” festivalı ərəfəsində başlarına gələni etiraf edib.
O, İ.Xəyalın qorxudan səhnəyə çıxmadığını deyib:

“Qaya” orkestrinin rəhbəri Teymur Mirzəyev bizi Bakıdan yola saldı. Dedilər, yer tutmasan qayıtma. Dörd nəfər getdik: Samir Bağırov, İlqar Xəyal, Sevil Hacıyeva və mən. İlqar Xəyalın nömrəsi birinci idi, həyəcandan qorxdu və səhnədən imtina etdi, çıxmadı. İlqar, incimə, amma düzünü deməliyəm. Sonra yenidən müraciət etdi ki, özümü toparladım, çıxım səhnəyə. Amma rejissor razılaşmadı. Samir Bağırov kəsildi. Sevil keçdi oldu diplomant. Mən isə yarışmanın başına nə oyun açdım görmüsüz. Düz etmişəm, mikrofonu elə qoydum, onsuz kəsildim”.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin