"Xanım Xalq artistlərinin kompleksləri var" - VİDEO

00:20 - 16 Aprel 2024

Xəbər verdiyimiz kimi, müğənni Nazənin Salayeva Xalq, Əməkdar artistlərə səslənərək onlardan tez-tez efirlərə çıxmalarını xahiş edib.

 

 

Manset.az  bildirir ki, axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında paylaşım edib. O, yaşca böyük sənətçilərin qoyduqları tələblərdən şikayətlənib:

"Nazənin xanım, düz vurğuladınız ki, sənətkarlar meydanı boş qoyublar, efirlərə çıxmırlar və aparıcılar məcbur olub hər gün eyni müğənniləri dəvət edirlər. Amma sənətkarların da çoxunda o qədər komplekslər var ki, xüsusən də xanım Xalq artistlərində. Efirə tək çıxmaq istəyirlər. Yanlarında cavanları görmək istəmirlər. Deyir çıx, bütün günü məni təriflə, haqqımda danış. Bəzi Əməkdar artistlər var ki, ürəkləri gedir ki, onları tərifləsinlər. Bu komplekslərdən nə vaxt azad olacaqsınız? Yaşınızın üstünə yaş, sənətinizin üstünə təcrübə gəlir. Amma hələ də təkkəbbür, paxıllıq, qısqanclıq, bəzi, əsas da xanım müğənnilərdə var ki, buna görə efirə çıxmırlar. Ona görə də gənclərin yanına onları sala bilmirik. Çünki onlar düşünürlər ki, hələ də 18-20 yaşları var və təzə çıxıblar. Bəs bunu necə edək?".

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin