Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
09:21 - 14 Aprel 2024
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.
Manset.az xəbər verir ki, son oyun günü 2 görüş keçiriləcək.
Saat 16:30 start götürəcək matçda "Səbail" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma "ASCO Arena" baş tutacaq.
Günün digər oyununda isə "Sabah" və "Qarabağ" klubları münasibətlərinə aydınlıq gətirəcək. Start fiti 19:00-da çalınacaq görüş "Bank Respublika Arena"da oynanılacaq.
Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" və "Zirə" klubları bərabərə qalıb - 0:0. Digər qarşılaşmalarda isə "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" isə "Araz Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin