Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
20:34 - 13 Aprel 2024
Aparıcı Lamiyyə Ələkbərovanın yeni layihəsi bəlli olub.
Manset.az axşam.az-a istinadən bildirir ki, o, MTV-də "Səhər görüşləri Lamiyyə Ələkbərova ilə" proqramına aparıcılıq edəcək.
"Bu gündən etibarən şənbə-bazar günləri sizin görüşünüzə gələcəyəm. Səhər görüşləri mən Lamiyyə ilə olacaq" - deyə, aparıcı proqramın ilk buraxılışında bildirib.
Qeyd edək ki, Lamiyə həm də MTV-də musiqi departamentinin direktorudur.
L.Ələkbərova 1995-2006 cı illərdə AzTV-də layihə rəhbəri, aparıcı və rejissor kimi çalışıb. 2006-cı ildən 2017-ci ilə qədər hazırda fəaliyyəti dayandırılan "Lider TV"də baş rejissor, teleaparıcı və direktor müavini vəzifəsini tutub. 2017-2018-ci illərdə İctimai TV-də Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildə "Mədəniyyət" kanalında direktor müavini vəzifəsində çalışır. Sonuncu çalışdığı kanal isə "Kanal S" olub.
Daha əvvəl sözügedən vaxtlarda yayımlanan "10-da görüşək" proqramının aparıcısı Samir Bayramlı idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin