Şahbuzda qadın körpüdən yıxılaraq ÖLDÜ

10:20 - 8 Aprel 2024

Şahbuzda qadın körpüdən yıxılaraq ÖLDÜ

Şahbuz rayonunda qadın körpüdən yıxılaraq ölüb

 

Manset.az report-a istinadən xəbər verir ki, Şahbuz rayonunun Külüs kəndində qadın körpüdən yıxılaraq ölüb.

Hadisə ötən gün axşam rayonun Külüs kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb. Onun meyidi dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin