Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
12:18 - 2 Aprel 2024
Nüvə birləşməsinin məqsədi iki atomu bir araya gətirərək böyük miqdarda enerji sayəsində günəşi və digər ulduzları parlaq edən reaksiyanı təkrarlamaqdır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təmiz enerji planeti istiləşdirən karbon çirklənməsi olmadan qeyri-məhdud enerji təmin etmək potensialına malik olsa da, Yer kürəsində bu temperatura kifayət qədər müddətdə çatmaq çox çətindir.
Bu enerjisinə nail olmağın ən geniş yayılmış yolu reaktorda hidrogen variantlarını olduqca yüksək temperaturlara qədər qızdırmaqdır.
Koreya Fusion Enerji İnstitutunun "süni günəş" adlandırdığı tədqiqat cihazı KSTAR, 2023-cü ilin dekabrından 2024-cü ilin fevralına qədər olan sınaqlar zamanı plazmanı 48 saniyə ərzində 100 milyon dərəcə temperaturda saxlamağı bacarıb. Bununla da əvvəlki rekordu üstələyib.
Bu fevral ayında İngiltərəli elm adamları füzyon reaksiyasında əvvəlkindən daha çox enerji istehsal etmək rekordunu qırdıqlarını açıqlayıblar.
Onlar beş saniyə ərzində 69 meqajoul füzyon enerjisi istehsal ediblər. Bu da təxminən eyni müddət ərzində 12 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin