Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - FOTO

12:00 - 2 Aprel 2024

Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - FOTO

Sosial şəbəkələrdə canlı yayımda uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb. 

 

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov Manset.az-a bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd  hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin