Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
17:04 - 1 Aprel 2024
İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrinə döyüş təyyarələri ilə həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada, Livanın cənubundakı Rəşayə əl-Fuhar bölgəsində Hizbullahın silah anbarları, müşahidə mövqeləri və raket atış platformalarının olduğu hədəflərə 10-a yaxın hava hücumu təşkil edildiyi bildirilib.
Livanın rəsmi agentliyi NNA-da dərc olunan xəbərdə İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nəbatiyyə vilayətinin Marcayun rayonunda Rəşayə əl-Fuhar və Firdevs arasındakı əraziyə hücum etdiyi qeyd edilib.
Hizbullah İsrailin hücumları və mümkün itkilərlə bağlı açıqlama verməyib.
İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalarda 263 Hizbullah üzvü, 53 Livanlı mülki vətəndaş, 14 Amal Hərəkatı, 13 Həmas, 12 İslami Cihad üzvü, 7 İsrail vətəndaşı və 11 əsgər həlak olub.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin