İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - YENİLƏNDİ (FOTOLAR)
19 May 2024
10:01 - 31 Mart 2024
Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.
Belə ki, "Kia" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.
Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Əliyeva Fərid qızı və Ələkbərova Ləman Nəcəf qızı ağır bədən xəsarətləri alıb.
Onlar xəstəxanaya yerləşdirilib. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova "TikTok" fenomenləridir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin