Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

16:50 - 29 Mart 2024

Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Qeyd edilib ki, martın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü fonunda səhər arabir güclənən gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin