Faciəli şəkildə ölən gənc şəhidimizin yeganə qardaşı imiş - FOTO
8 May 2024
23:15 - 28 Mart 2024
ABŞ-da evin həyətində oynayan it yerə basdırılmış bomba tapıb
Manset.az bu barədə UPI portalına istinadən xəbər verir.
İtin sahibi Metyu Simsin dediyinə görə, Baby adlı ev heyvanı həyətdə oynayarkən qarajın yanında yerdən çıxan metal əşya aşkar edib. Ev sahibinin dediyinə görə, cisim təxminən bir metr uzunluğunda və təxminən 30 kq ağırlığında olub. Bundan sonra amerikalı polisə zəng edib.
Gələn məmurlar yerdə bomba olduğunu müəyyən edib, istehkamçıları çağırıblar. Mütəxəssislər bunun 10 ildir bu vəziyyətdə qalmış partlamamış hərbi sursat parçası olduğunu müəyyən ediblər, lakin onun ora necə gəldiyini heç kim bilmir.
Əlavə təhlükəsizlik üçün polis əməkdaşları yaxınlıqdakı evlərin sakinlərini təxliyə edib, istehkamçılar isə mərmi çıxarıblar. Bundan sonra bombanın bir hissəsi xüsusi poliqona aparılıb və orada partladılıb. ///Qaynarinfo
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin