Bu ölkədə hərbi təyyarə dənizə düşdü

21:08 - 28 Mart 2024

Bu ölkədə hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.

 

Manset.az  APA-ya istinadən bildirir ki, bu barədə şəhərin meri Mixail Razvojayev Teleqram kanalında məlumat verib.

"Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın səhifələrində çoxlu məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib", - Razvojayev qeyd edib.

Şəhər merinin sözlərinə görə, pilot katapult həyata keçirib. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, pilotun həyatı üçün təhlükə yoxdur.

Şəhərdə dənizlə sərnişin daşımaları dayandırılıb.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin