Faciəli şəkildə ölən gənc şəhidimizin yeganə qardaşı imiş - FOTO
8 May 2024
10:04 - 28 Mart 2024
Şəmkir rayonunda məktəbli bıçaqlanıb.
Manset.az xəbər verir ki, rayonun Abbaslı kəndində 7-ci sinif şagirdi olan 2010-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, hadisə martın 27-də yeniyetmə dərsdən çıxıb evə qayıdarkən baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən edilib: “Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü. Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin