Hollandiyalı irqçi “Qurani-Kərim”i hədəf aldı

10:45 - 28 Mart 2024

Hollandiyalı irqçi “Qurani-Kərim”i hədəf aldı

Hollandiyanın Arnhem şəhərində “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” (PEGIDA) adlı irqçi qrupun lideri Edvin Vaqensveld “Qurani-Kərim”ə etdiyi çirkin hücuma görə saxlanılıb.

 

Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, o, şəhərə giriş qadağasına etiraz üçün gəldiyi məhkəmədə “Qurani-Kərim”i hədəf alıb.

Daha əvvəl “Qurani-Kərimə” etdiyi hücumlara görə 6 ay müddətinə şəhərə girişi qadağan edilən Vaqensveld təxribat xarakterli hərəkətindən sonra saxlanılıb.

Polis onun nə vaxt sərbəst buraxılacağını açıqlamayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin