Bayram günlərində neçə nəfər zəhərlənib? - RƏSMİ

18:46 - 27 Mart 2024

Bayram günlərində neçə nəfər zəhərlənib? - RƏSMİ

Bayram günlərində (20-26 mart) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.

 

Bu barədə Manset.az-a KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

R.Məmməd bildirib ki, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etannoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib.

Onun sözlərinə görə, müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, ölüm faktı qeydə alınmayıb.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin