Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edildi

20:13 - 15 Oktyabr 2021

Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edildi

Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda bəndlər əlavə edilib:

“2.5-7. Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir: 2.5-7.1. Argentina Respublikası; 2 2.5-7.2. Avstraliya İttifaqı; 2.5-7.3. Braziliya Federativ Respublikası; 2.5-7.4. Bruney Darüssalam; 2.5-7.5. Cənubi Koreya Respublikası; 2.5-7.6. Çili Respublikası; 2.5-7.7. Ekvador Respublikası; 2.5-7.8. Kamboca Krallığı; 2.5-7.9. Kosta Rika Respublikası; 2.5-7.10. Kuba Respublikası; 2.5-7.11. Küveyt Dövləti; 2.5-7.12. Qazaxıstan Respublikası; 2.5-7.13. Maldiv Respublikası; 2.5-7.14. Meksika Birləşmiş Ştatları; 2.5-7.15. Mərakeş Krallığı; 2.5-7.16. Monqolustan; 2.5-7.17. Monteneqro; 2.5-7.18. Norveç Krallığı; 2.5-7.19. Oman Sultanlığı; 2.5-7.20. Panama Respublikası; 2.5-7.21. Salvador; 2.5-7.22. Uruqvay Şərq Respublikası; 2.5-7.23. Yeni Zelandiya. 2.6-1.

Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla) COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.”.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin