Prezident İlyas Rzayevin rütbəsini artırdı

19:36 - 23 İyun 2021

Prezident İlyas Rzayevin rütbəsini artırdı

Prezident İlham Əliyev İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Manset.az xəbər verir ki, sərəncama əsasən, ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, İlyas Rzayev Prezident Adminstrasiyasının Hərbi məsələlər şöbəsinin sektor müdiri vəzifəsində çalışır. O, bu vəzifəyədək Bakı hərbi prokuroru olub.


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin