Baş nazir qərar imzaladı: İki nazirliyə TAPŞIRIQ VERDİ
16 May 2024
17:06 - 19 Mart 2024
Almaniyada aparılan araşdırma nəticəsində məlum olub ki, ictimaiyyətin 75 faizi Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ölkəni müdafiə etmək qabiliyyətinə malik olmadığına inanır.
Manset.az türk mediasına istinadən xəbər verir ki, "Civey" araşdırma şirkətinin "Focus" jurnalı üçün 11-12 mart tarixlərində 5 min 13 nəfər arasında keçirdiyi ictimai rəy sorğusuna görə, alman xalqının 75-i Bundesverin müdafiə qabiliyyətini itirdiyinə inanır.
Alman ordusuna güvənənlərin nisbəti 10, qərarsız qalanların nisbəti isə 15 faizdir.
Respondentlərin 69 faizi Bundesverə gələcəkdə daha çox maliyyə imkanlarının verilməsinin tərəfdarı olduqlarını bildiriblər. Almanların demək olar ki, 2/3-si (64 faiz) ölkənin ümumdaxili məhsulun 2 faizindən çoxunu daimi olaraq müdafiəyə xərcləməli olduğunu düşünür.
Almanların 64 faizi ölkədə məcburi hərbi xidmətin bərpası fikrini bölüşdüyü halda, 68 faizi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını Almaniyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.
İştirakçıların 45 faizi Almaniyanın atom bombasının olmasını istəmir, 22 faizi isə bunun tərəfdarıdır.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin