Avtomobil dayanacaqda gözləyən sərnişinlərə çırpıldı: 4 ölü, 5 yaralı

12:56 - 19 Mart 2024

Avtomobil dayanacaqda gözləyən sərnişinlərə çırpıldı: 4 ölü, 5 yaralı

Türkiyədə Konya-Karaman yolunun 25-ci kilometrliyində, idarəetmədən çıxan avtomobil avtobus dayanacağına çırpılıb və orada gözləyən vətəndaşları vurub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dəhşətli qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə saat 08.30 radələrində baş verib.

Yaralılar xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin