Aparıcıdan 700 manatlıq ayaqqabıya REAKSİYA: “Dedim, mən heç vaxt”

07:00 - 19 Mart 2024

Aparıcıdan 700 manatlıq ayaqqabıya REAKSİYA: “Dedim, mən heç vaxt”

Tanınmış aparıcı Mətanət Əliverdiyeva müğənni Gülay Zeynallı ilə bağlı maraqlı fakt açıqlayıb.

 

Manset.az  yenicag.az-a istinadən xəbər verir ki, aparıcı "Xəzər axşamı" verilişində qonağı olan Gülayla bağlı illər öncə aralarında olan dialoqu xatırlayıb.

Vaxtilə Gülayın bir ayaqqabıya 700 manat verdiyini eşidəndə, təəccübləndiyni bildirib:

"İllər öncə Gülay verilişimdə qonaq idi. Ayaqqabısının qiymətini soruşdum, dedi, 700 manata almışam.

Çox təəccübləndim, dedim, mən heç vaxt o qədər pulu ayaqqabıya vermərəm, 700 manat maaş alıram, onu da verim ayaqqabıya, ac qalım?"

Bununla belə, o, müğənniyə haqq qazandırıb:

"Əslində, düz edirsən, Gülay. 700 manatlıq yox, 7 min manatlıq, ondan da baha qiymətə ayaqqabı alıb geyinəsən".

Müğənni aparıcının bu sözlərinə heç bir şərh verməyib və mahnı oxumağa başlayıb.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin