Neftçalada brakonyerlər saxlanıldı

16:58 - 18 Mart 2024

Neftçalada brakonyerlər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdikləri profilaktik tədbirlər zamanı Kür çayının Mayak-1 kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan 2 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, həmin şəxslərdən taxta qayıqlar, sintetik torlar, qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı balıqları aşkar edilib.

Faktla bağlı araşdırmalar aparılır.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin