Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
15:57 - 8 Mart 2024
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən sosial-iqtisadi inkişaf və həyata keçirilən tədbirlər, nailiyyətlər, aparılan böyük quruculuq, bərpa işləri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır. “Böyük Qayıdış” prosesi sürətli şəkildə gedir və Azərbaycan, dövlət olaraq bu işin öhdəsindən vöyük məharətlə gəlir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Manset.az-a açıqlamasında bildirib ki, torpaqlarımızın işğaldan azad olunması, erməni separatizminə son qoyulması kimi keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması da tarixi bir hadisədir.
Aydın Mirzəzadə qeyd edib ki, torpaqlarımızın azad olunması ilə Azərbaycan bütün dünyaya özünün suveren hüquqlarını öz gücü ilə təmin etməyin nümunəsini göstərdi:
“Torpaqlarımızın işğaldan azad olunması üçün 30 il ciddi hazırlıq görüldü və sonda böyük zəfərə imza atdıq. Böyük zəfər Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin uğurlu rəhbərliyi, Azərbaycan əsgərinin rəşadəti, cəmiyyətin Prezidentin siyasi kursunu dəstəkləməsi nəticəsində mümkün oldu. Torpaqlar işğaldan azad edildikdən sonra isə ərazilərimizin ermənilər tərəfindən tamamilə viran günə qoyulduğunu gördük. Ermənistan evlərimizi dağıdıb, məzarları yerlə yeksan edib, kommunikasiyaları çıxardıb aparıb və ərazimizin böyük bir hissəsini minalamışdı. Hazırda dövlətimiz torpağın hər santimetrini yoxlayaraq minaları təmizləyir. Paralel kommunikasiyaların salınması, yaşayış evlərinin tikilməsi ilə bu istiqamətdə xeyli işlər görülür. Qısa bir zamanda artıq 5 yaşayış məntəqəsinə 5 minə qədər insan köçürülüb. Bir çox şəhər və kəndlərimizdə də bərpa işləri gedir. Bu ilin sonuna artıq 25 yaşayış məntəqəsinə 20 minə qədər insan yaşayacaqdır. 2026-cı ilin sonuna isə 140 minə qədər keçmiş məcburi köçkün öz torpaqlarına qayıdacaq. Bu onu göstərir ki, məskunlaşma sürətlə gedir. Məskunlaşmada insanların rahat yaşaması üçün bütün işlər görülür. İnsanların mənzillə və işlə edilməsi üçün böyük iş aparılır. Qayıdanların böyük əksəriyyəti işləyir, müəyyən bir hissəsi öz biznesini qurur və bu məsələdə dövlət onlara dəstək olur. Qarabağdan sosial obyektlərin də tikintisinə böyük diqqət yetirilir. Bu gün insanlarımızın yaşadığı 5 yaşayış məntəqəsində 6 məktəb fəaliyyət göstərir. Orda 700-ə qədər şağird təhsil alır. İşğaldan azad olunan ərazilərmizdə yaşayış bərpa olunur. Bu təkcə ora geri qayıdan soydaşlarımızı deyil, bütün Azərbaycan xalqının sevincidir”.
Aydın Mirzəzadə vurğulayıb ki, bütün dünya Azərbaycanın gələcəyinin bir nümunəsini ilk növbədə Qarabağda görəcək və biz gələcəkdə işğaldan azad olunan ərazimizi nümunəvi bir zona kimi görə biləcəyik:
“Məskunlaşma ilə bağlı bütün məsələlər haqqında cəmiyyətə məlumat verilir.İnsanların orada normal yaşaması üçün bütün faktorlar nəzərə alınıb. İş yerləri, uşaqların təhsili, səhiyyə ocaqları da fəaliyyət göstərir. Onların mədəni istirahəti üçün şərait yaradılır. İşğaldan azad olunmuş torpaqlara investisiya qoyuluşuna dövlət tərəfindən böyük dəstək verilir. 10 il müddətinə orada yardılan bisnez obyektlərində hər hansı bir vergi alınmayacaq. Bu isə əlbəttə ki, həmin ərazilərə investiya təşviqatında çox böyük rol oynayır. Həm ora geri qayıdanlar, həm də Azərbaycanın başqa bölgələrindən investisiya qoyunların sayı get-gedə artır. Həmçinin, böyük şirkətlər də maraq göstərirlər. Artıq 2 şəhər 3 kənddə məskunlaşma var. 2-3 il ərzində 2026-cı ilin sonuna qədər 140 min adamın geri qayıtması çox böyük bir rəqəmdir. Hesab edirəm ki, ildə- ilə biz işğaldan azad olunan zonaları bütün şərait yaradılmış yerlərə qayıdanların sayının daha çox olacağını gözləyirik. Bir müddət əvvəl tək o zonadan deyil digər bölgələrimizdən də insanların orada ev tikmək üçün şərait yaradıldığı barəsində məlumat verildi. Hesab edirəm ki, bu öz həyatını Qarabağ və Şərqi Zəngəzurla bağlamaq istəyən insanlar üçün çox gözəl bir imkandır. Həmçinin, Şuşanın bərpa edilməsi və mədəniyyət paytaxtı elan edilməsi bölgənin inkişafına çox böyük dəstək verir. Şuşada artıq beynəlxalq tədbirlərin keçirilməsi bir ənənə halını alıb. Artıq bir sıra Azərbaycana dost ölkələrin rəhbərləri Şuşaya səfərlər edib və orada gedən quruculuq işləri ilə tanış olublar. Qarabağ Universitetinin bu il fəaliyyət göstərməsi də qayıdış prosesində ən vacib məqamlardan biridir. Orada gələcəkdə 10 minə qədər tələbənin təhsil alması gözlənilir. Bu isə regionun inkişafına çox ciddi təsir edəcək. Regionlarımızda məktəblər, klublar, teatrlar, muzeylər, böyük turizm obyektləri fəaliyyət göstərəcək. Beləliklə, biz nəyə qadir olduğumuzu, necə gözəl şəhərlər və kəndlər yaradacağımızı bir daha dünyaya göstərəcəyik. Yaradılan bütün yüksək şərait Azərbaycan vətəndaşları üçündür”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, bu gün Cənab Prezidentin bilavasitə diqqəti və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə çox böyük quruculuq və abadlıq işləri həyata keçirilir:
“Əslində torpaqlarımız azad olunarkən insanlar daha uzun müddətə bu işlərin həyata keçiriləcəyini düşünürdülər. Çünki söhbət 30 ildə barbarcasına dağıdılmış ərazilərdən gedir. Proses uzun prosesdir, bunun ən qısa vaxtda yekunlaşması mümkün deyil. Lakin dövlət ən ideal formada lazım olan bütün addımları atır. Biz deyə bilərik ki, dövlət əslində planlaşdırıldığından daha sürətli formada “Böyük Qayıdış”ı reallaşdırır. Cənab Prezident parlamentdə and içmə mərasimində bu məsələyə çox geniş formada toxundu. Qeyd etdi ki, bu istiqamətdə söhbət bir neçə il ərzində 150 min insanın köçürülməsi ilə bağlı plandan gedir. Bu onu deməyə əsas verir ki, dövlətin bu məsələ ilə bağlı çox konkret planları və hədəfləri var. Bu hədəflər bizə imkan verir ki, qısa vaxtda ora qayıdaq. Dövlət burda yalnız insanları köçürmür. Bura eyni zamanda insanları köçürməklə yanaşı yeni iş yerləri yaradılır, yeni müəssisələr yaradır. İşğaldan azad olunmuş ərazilərə qayıdış düşündüyümüzdən daha sürətli və daha opreativ formada həyata keçirilir. Beləliklə, qısa zamanda insanlarımız öz doğma yurdlarına köçəcək və bu ərazilərdə həyat öz axarına qayıdacaq”.
Əfsanə Rəcəb
6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin