AZAL əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 600-dən çox ağac əkiblər - FOTO/VİDEO

15:48 - 18 Mart 2024

AZAL əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 600-dən çox ağac əkiblər - FOTO/VİDEO

18 mart 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib.

 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Aksiya çərçivəsində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1 hektar sahədə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib. Həmçinin aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Hava Yollarının 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya ekoloji tarazlığın qorunması məqsədini daşıyırdı.

AZAL BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq ağacəkmə və digər ekoloji təşəbbüsləri həyata keçirməklə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir.



Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin